"Telegram"ın təsisçisi Pavel Durov niyə saxlanılıb?

image

"Telegram"ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Bu barədə Fransa mətbuatı məlumat verib.

Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.

Bu ittihamlara görə, o 20 ilə qədər həbs oluna bilər.

Durov 2021-ci ildə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı, daha sonra isə Fransa vətəndaşı olub.

Qeyd edək ki, bir milyarda yaxın istifadəçisi olan “Telegram” Rusiya, Ukrayna və keçmiş Sovet İttifaqının digər respublikalarında xüsusilə təsirlidir. “Facebook”, “YouTube”, “WhatsApp”, “Instagram”, “TikTok” və “Wechat”dan sonra əsas sosial media platformalarından biri hesab olunur.

Soydas.az

Paylaş:

Xəbər lenti